Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, 1/8 finalda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" bu mərhələdə "Vest Hem"lə üz-üzə gəlib.

İngiltərənin "Liverpul" komandası "Atalanta"nı, "Milan" isə "Roma"nı qəbul edib.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

Milan (İtaliya) - Roma (İtaliya) 0:1

Qol: Mançini, 17.

Bayer (Almaniya) - Vest Hem (İngiltərə) 2:0

Qollar: Hofman, 83. Bonifeys, 90+1

Benfika (Portuqaliya) - Marsel (Fransa) 2:1

Qollar: R.Silva, 16. Di Maria, 52. - Obameyanq, 67.

Liverpul (İngiltərə) - Atalanta (İtaliya) 0:3

Qollar: Skamakka, 38. 60. Paşaliç, 83