Ötən gün Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu “Azərbaycan Mərkəzi” İctimai Fondu ilə birlikdə Atırau vilayətinin “Novruz” Azərbaycan etnik-mədəni birliyinin müəllim və tələbələrinin iştirakı ilə  X.Dosmuhammedov adına “Atırau” Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və rəsmi qəbul keçirilib.

Konsulluqdan İqtisadiyyat.az-a verilən məlumata görə, konfrans çərçivəsində tələbələr arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi  baş tutub.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Azərbaycan xalqının Ümummilli Liderinin Azərbaycan-Qazaxıstan münasibətlərinə verdiyi töhfələrdən, Ulu Öndər Heydər Əliyevin qazax xalqına xüsusi sevgisindən danışıb.

X.Dosmuxamedov adına Atırau Universitetinin rektoru Salamat İdrisov çıxış edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən bəhs edərək, inşa müsabiqəsinin nəticələrini açıqlayıb.

“Azərbaycan Mərkəzi” ictimai fondunun rəhbəri İlkin Orucov, “Novruz” etnik-mədəni birliyinin sədri Eldar Məmmədov məruzə ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətindən danışıblar. Daha sonra qalib tələbələrə Heydər Əliyevin adını daşıyan mükafat təqdim olunub.