“Akkord İnşaat Sənaye” MMC haqqında inzibati protokol tərtib edilib.

Barəsində inzibati xəta haqqında icraat aparılan şirkətin işinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq. Məhkəmə işinə hakim Hafiz Kamranov sədrlik edəcək.

Şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Yol Hərəkəti Qaydaları bölməsi üzrə 347-ci maddə üzrə təqsirli hesab edilir.

“Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi” haqqında maddəyə görə (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə ödəməlidir.