Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası premium benzin alır.

Bu barədə İqtisadiyyat.az Akademiyadan məlumat əldə edib.

Bildirilir ki, təhsil müəssisəsinin balansında olan nəqliyyat vasitələri üçün premium (Aİ-95) yanacağı sifariş verilib.

Sifariş verilən premium yanacağın həcmi 20.000 litrdir.

Bundan başqa, Sahibkarlığın İnkişafı Fondu da 12.834 litr “Aİ-95” premium markalı benzin və 1.550 litr isə dizel sifariş verib.