Təyyarə istehsalçısı “Airbus” İranın “Iran Air” aviaşirkətinə çatdırılması nəzərdə tutulan 100 təyyarəni sifariş siyahısından çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə istehsalçının 2023-cü il üçün hesabatında deyilir.

Təchizat müqaviləsi 2016-cı ilin sonunda bağlanıb. Lakin ABŞ-nin İrana qarşı sanksiyalarını bərpa etməsindən sonra saziş dondurulub.

Nüvə sazişi çərçivəsində 2016-cı ildə İrana qarşı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Bundan sonra ölkə "Airbus" ilə 100 təyyarə tədarükü barədə razılığa gəlib.

Bildirilib ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiya siyasətinə qayıtdıqdan sonra Tehran əvvəlki razılaşmalar üzrə üzərinə götürdüyü bir sıra öhdəliklərdən imtina edib.

 

Gözəl Həşimova