İqtisadiyyat.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
2024-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.
Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın 1228; kişi 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.