Avrasiya İqtisadi İttifaqının kənd təsərrüfatı istehsalçıları öz məhsullarının qiymətlərini artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu ilin sentyabr ayında Aİİ-nin kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ötən ilin eyni ayı ilə müqayisədə 5,8% bahalaşdırıblar.
Hesabata görə, ötən ay 2023-cü ilin dekabr ayı ilə müqayisədə Belarusda kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymətlərində artım (5,3%) müşahidə olunub. Eyni zamanda, Ermənistanda qiymətlər 33,4%, Qırğızıstanda 5,2%, Rusiyada 2,1%, Qazaxıstanda 0,6% azalıb.
Sentyabrda Ermənistanda fermerlər buğdanın tonunu 264 dollardan, Belarusda 147 dollardan, Qazaxıstanda 173 dollardan, Qırğızıstanda 234 dollardan, Rusiya Federasiyasında 139 dollardan satıblar.