Asiya İnkişaf Bankı Azərbaycan valyutasında ilk dəfə olaraq istiqraz buraxacaq.  

Qurum bu valyutada denominasiya edilmiş ilk istiqrazın emissiyası üçün 8,4 milyon Azərbaycan manatına yaxın, təxminən 4,9 milyon ABŞ dolları vəsait cəlb edib. Valyuta əsaslı istiqraz Azərbaycan manatında ifadə edilib, lakin ABŞ dolları ilə hesablanıb. İstiqrazın strukturu yarana biləcək valyuta risklərini tam şəkildə minimallaşdırmağa və lazım olan vəsaiti dollarla cəlb etmək üçün daha çox investora çıxış əldə etməyə imkan verir.


İqtisadiyyat.az-ın məlumatına görə Asiya İnkişaf Bankının xəzinədarı Pyer Van Petegem bunu şərh eədərk  bildirib ki, “Azərbaycan manatında olan bu yeni istiqrazın buraxılışı Bankın Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində yerli valyuta ilə maliyyələşdirməyə verdiyi güclü dəstəyin davamıdır. Bir çox kreditlər və törəmə maliyyə alətləri artıq erməni dramı, gürcü larisi, qazax təngəsi və özbək sumu ilə həyata keçirilib”. 

 

 

Asiya İnkişaf Bankının manatla istiqraz buraxması sahibkarlar üçün nə deməkdir?

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, “burada önəmli məsələlərdən biri manatla yerləşdirilən istiqraza beynəlxalq investorun investisiya qoymaq isəyinin olmasıdır, bu resursu yerləşdirə bilməsidir. Rəqəm olaraq 8,4 milyon manat böyük olmasa da ilkin işartıdır. Azərbaycanıən həm kapital bazarının inkişafı üçün manata olan etibarın nümayişi üçün matraqlı bir açardır. Bank manatla istiqrazları tək daxili yox, beynəlxalq bazarda da yerləşdirib. Bunu da beynəlxalq investorlar edib yəni, manatla investisiya ediblər. AİB-nin yerli valyutada istiqraz emissiyaları dollar və ya avrodakı kreditlərlə bağlı valyuta riskini idarə edə bilməyən borcalanların kreditlərini dəstəkləmək üçün təkcə yerli valyutada maliyyə vəsaiti cəlb etmir, eyni zamanda, kapital bazarına təsiri olur. Dövlətin də əsas vəzifəsi ölkədə kapital bazarının inkişaf etməsidir. Asiya İnkişaf Bankının manatla bağlı istiqraz buraxması qərarı kapital bazarına müsbət təsir edəcək”.
İqtisadçı ekspert Xalid Kərimli əlavə edib ki, “burada tək xarici investor deyil, həm də yerli investorlar, sahibkarlar da daxili və xarici bazarlarda çıxış imkanlarını genişləndirə bilər.  

 

Asiya İnkişaf Bankının manatla istiqrazı məzənnə ilə bağlı gözləntilərə necə təsir edəcək?

Dünyada əsasən dollar, avro, funt sterlinq, yuan kimi güclü valyutalarda istiqrazlar buraxılır. Asiya İnkişaf Bankının Azərbaycan manatında istiqraz buraxması bu milli valyutanın da gələcəkdə möhkəmliyini qoruyacağı deməkdir. Bu həm də yerli və xarici kapitalı dayanıqlı və davamlı edəcək.
Xakid Kərimli bu istiqaməti də şərh edərək əlavə edib ki, “manatın hazırda və yaxın gələcədə riski çox aşağıdır, ciddi dəyər itirmə ehtimalı gözlənilmir. Bu cür beynəlxalq təkilatların, kiçik həcmli olsa da bu cür transaksiyaları edə bilməsi faktını görürük.”
Xatırlatma üçün deyək ki, Asiya İnkişaf Bankının Azərbaycan valyutasında istiqrazlarının tədavül müddəti 2,5 il, sabit faiz gəlirliliyi isə 6 faizdir.


Samir Cabbaov