Avropa İttifaqı (Aİ) Ukraynaya yeni yardım proqramı çərçivəsində ilk 4,5 milyard avronu mart ayında ödəyəcək

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın xarici işlər naziri Denis Şmıqal ilə Kiyevdə keçirdiyi görüşdən sonra açıqlayıb.

Onun sözlərinə görə, bu il üçün ölkə Avropa İttifaqından ilk maliyyə yardımını mart ayında alacaq.

Qeyd edək ki, fevralın 1-də Aİ Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avro məbləğində yardım proqramını təsdiqləyib. Bunun 17 milyard avrosu qrant, 33 milyard avrosu isə kredit şəklində ayrılacaq.

 

Gözəl Həşimova