İqtisadiyyat.az xəbər verir ki, AB Şurası Ukraynaya 2027-ci ilə qədər verilməsi planlaşdırılan 50 milyard avroluq maliyyə dəstəyi çərçivəsində ikinci müntəzəm ödəniş qərarının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Mənbə bəyanatda Aİ-nin Ukraynanın makromaliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyəcəyini və Ukraynanın təxminən 4,1 milyard avro dəyərində vəsait əldə etmək üçün lazımi şərtləri və islahatları yerinə yetirdiyini bildirib.
Açıqlamada Ukraynanın çətin maliyyə dövründə olduğu xatırladılıb və sözügedən pulun ən qısa zamanda ayrılacağı bildirilib.
Ukrayna Fondunun mart ayından qüvvəyə mindiyi xatırladan bəyanatda ölkəyə 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarət 50 milyard avroluq sabit maliyyənin veriləcəyi bildirilib.