Avropa İttifaqı Şurası Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların uzadılması barədə qərar qəbul edib . Bu barədə məlumat Şuranın saytında yerləşdirilib.

“Hazırda onlar ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallara məhdudiyyətlər də daxil olmaqla, geniş sahəvi tədbirlərdən ibarətdir. Eyni zamanda dəniz xam neftinin və bəzi neft məhsullarının Rusiyadan Aİ -yə idxalına və ya daşınmasına qadağa, SWIFT-dən bir neçə Rusiya bankının bağlanması və Kreml tərəfindən dəstəklənən bir sıra dezinformasiya vasitələrinin yayım fəaliyyətinin və lisenziyalarının dayandırılması sanksiyaya daxil edilib.

Avropa Şurası Ukraynanı dəstəklədiyini bildirib və ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı çıxış edib.