Avropa İttifaqi Komissiyası işçilərinə "TikTok" sosial şəbəkəsini qadağan edib.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, işçilərə şəxsi və şirkət telefonlarından bu tətbiqi silmək tapşırılıb. Bu addımın təhlükəsizlik səbəbindən atıldığı deyilir.
Bildirilir ki, Avropa Birliyinin digər qurumları - Aİ Şurası və Avropa Parlamenti də eyni addımı atacaq.