Avropa İttifaqı ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağası və barel üçün 60 dollar qiymət tətbiqi ilə bağlı qərar bu gündən qüvvəyə minir.
Qeyd edək ki, Aİ Komissiyası mayın əvvəlində 6-cı sanksiya paketini hazırlamışdı. Paketə Rusiyadan xam neft və emal olunmuş məhsulların tədarükünün mərhələli şəkildə dayandırılması daxildir.
Aİ ölkələri razılaşma əldə etmək üçün Rusiyadan Avropaya neft daşıyan Drujba kəmərini sanksiyalardan azad ediblər.