Avropa İttifaqı (Aİ) Macarıstan üçün öz vəsaitlərindən təxminən 2 milyard avronu dondurub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg"ə Avropa Komissiyasının (AK) nümayəndəsi Stefan de Keersmaeker məlumat verib.

O qeyd edib ki, Macarıstan təhsil və gender bərabərliyi ilə bağlı şərtləri yerinə yetirdikdən sonra AK vəsait ayırmaq qərarına gəlib.

Ötən il dekabrın 13-də Aİ ərazilərin inkişafı üçün istifadə olunacaq birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlayıb. Eyni zamanda, Brüssel Budapeştin hələ də onu almaq üçün bütün şərtləri yerinə yetirmədiyini iddia edərək, təxminən 20 milyard avronu bloklamağa davam edib.