Avropa İttifaqı liderləri BMT-nin Baş katibi Antonio Quterreşlə Ukraynadakı müharibəni müzakirə edəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat paylaşıb. Görüşdə həmçinin Ukraynaya artilleriya mərmilərinin göndərilməsi mövzusu müzakirəyə çıxarılacaq.

BMT baş katibi Avropa İttifaqının Brüssel sammitində qonaq olacaq. Ukrayna prezidenti V. Zelenski videobağlantı ilə sammitə qoşulacaq.