Avropa İttifaqı 56 şirkətin mikroelektronika və kommunikasiya layihələri üçün ümumilikdə 8,1 milyard avro dövlət dəstəyini təsdiqləyib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bununla bağlı  Avstriya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Malta, Hollandiya, Polşa, Rumıniya, Slovakiya və İspaniya birgə  “Ümumi Avropa Maraqlarının Əhəmiyyətli Layihələri” hazırlayıb. Layihəyə əsasən, Avropa İttifaqı (Aİ) başda Almaniya olmaqla, 14 üzv ölkəyə maddi dəstək verəcək. 

56 şirkətin 68 fərqli layihəsini öhdəsinə götürəcəyini bildirən Avropa İttifaqı açıqlamasında qeyd edib ki,  layihələr üçün özəl sektordan 13,7 milyard avronun cəlb edilməsi də proqnozlaşdırılır. 

Layihələr  çərçivəsində enerjiyə və resursa qənaət edən elektron sistemlər inkişaf etdiriləcək. Layihələrin 5G, 6G, avtonom sürücülük, süni intellekt və kvant hesablama kimi sahələrdə texnoloji tərəqqiyə töhfə verəcəyi gözlənilir.  

Layihələrin iştirakçıları  arasında "Airbus", "ASM"L, "Bosch", "Ericsso"n, "Nokia", "Renault" və "Valeo" kimi iri şirkətlər də var. İlk yeni məhsulların 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir.  ÜMumilikdə layihənin müddəti 2032-ci ildə başa çatacaq.