Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen İsrailin İrana zərbə endirməsinə cavab olaraq hər iki tərəfi növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırıb.
Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.
O, Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb:
“Regionun sabit qalması və bütün tərəflərin gələcək addımlardan çəkinməsi olduqca zəruridir”.
Qeyd edək ki, aprelin 14-də AK rəhbəri bəyan edib ki, Avropa İttifaqı İsrailə hücumu ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.