Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq ballistik raketlərin hazırlanması və istehsalına görə İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması.

“İranlılara kifayət qədər aydın şəkildə deyilib və indi məsələ ondan ibarətdir ki, onlar hansı cavab addımları atacaqlar”, - adının çəkilməsini istəməyən avropalı diplomat deyib.