"Avropa İttifaqı (Aİ) Gürcüstanda "cəmiyyətdən və Aİ-dən uzaqlaşma" vəziyyətindən son dərəcə narahatdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz Gürcüstandakı vəziyyəti də qısa şəkildə müzakirə etdik. Biz bu ölkədə Avropa İttifaqından uzaqlaşan trayektoriyadan son dərəcə və getdikcə daha çox narahatıq", - Borrell qeyd edib.