Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro maliyyə dəstəyi verəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, qərar Rusiya-Ukrayna müharibəsinin mənfi iqtisadi təsirlərini yaşayan Moldovaya üzv dövlətlər şurası tərəfindən qəbul olunub.

"Avropa Şurası Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq, 295 milyon avroya çatdırıb."

Aİ-nin makromaliyyə yardımının Beynəlxalq Valyuta Fondunun (BVF) razılaşması çərçivəsində Moldovaya təqdim etdiyi resursları tamamlayacağına diqqət çəkilərək, bunun ölkənin iqtisadi sabitliyini və struktur islahatlarını dəstəkləmək məqsədi daşıdığı qeyd edilib. Açıqlamada yardımın 220 milyon avrosunun kredit, 75 milyon avrosunun isə qrant olacağı, beləliklə də Moldovanın tədiyyə balansı ehtiyaclarının qarşılanmasına töhfə veriləcəyi bildirilib.