Avropa İttifaqı (Aİ) beynəlxalq COVAX mexanizmi vasitəsilə kasıb ölkələrə 380 milyon doza vaksin təqdim edib.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen özünün tviter səhifəsində məlumat verib.

“Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. 2022-ci ilin ortalarınadək 700 milyon doza vaksin paylamağı vəd etmişik”, - o yazıb.

Xatırladaq ki, hazırda Aİ-də əhalinin buster dozası ilə peyvəndlənməsi sürətlə davam etdirilir. Peyvəndləmə prosesində daha çox ABŞ-ın “Pfizer” və “Moderna” şirkətlərinin vaksinlərindən istifadə edilir.