“2023-cü il ərzində daha keyfiyyətli Aİ-92 benzin istehsalı və nəhayət “Avro-5” standartına cavan verən Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur”. 

Bunu  SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, 2022-ci ilin ortasında zavodda istehsal olunan dizel “Avro-5” standartlarına cavab verəcək.  

“Amma istehsalatda olan dizellərin bu standarta uyğunlaşması 4-6 ay çəkəcək”, - deyə o əlavə edib. 

Onun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən reallaşacaq:

“Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər”.