Bu gündən Azərbaycana idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitir.

Eyni zamanda bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsi başa çatır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.

Azərbaycanda istifdə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, “Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb. Zavodun fəaliyyətini dayandırması ilə əlaqədar daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. Bunlar Rusiya, Rumıniya və Türkmənistan şirkətləridir.report