Bu barədə İqtisadiyyat.az quruma istinadən xəbər verir.
Məlumaat görə, Büro "AHİK-ƏMLAK" MMC-yə çevrilib.
Qeyd edək ki, əsası 1955-ci ildə qoyulmuş Bakı Səyahət və Ekskursiyalar Bürosu hazırda Azərbaycanda ən böyük turist agentliklərindən biridir. Büro kommersiya təşkilatı kimi 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Bağırov Ruslan Fəzail oğludur. R.Bağırov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında vəzifə sahibidir.