Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurası (Şura) ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə keçirdiyiqrant müsabiqəsi ilə bağlı Agentlikdə QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri AynurəƏhmədova bildirib ki, “Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi”mövzusunda Şura ilə birgə keçirilən qrant müsabiqəsinin əsas məqsədlərindən biri də QHT-lərin daha səmərəli və faydalı nəticələrə səbəb olan layihələr icra etməsidir.

Onun sözlərinə görə, 12 QHT-nin məlumatlandırma sessiyasında iştirak etməsi Şuranın Agentliklə birgəkeçirdiyi müsabiqəyə olan marağın göstəricisidir.A.Əhmədova tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqininhazırkı vəziyyəti, sistemin üstünlükləri və əhaliyə verəcəyi faydalar barədə ətraflı məlumatverib. O, QHT-ləri icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsulları ilə təminedəcəklərini deyib və onları sözügedən mövzu ilə bağlı maraqlı layihə təklifləri ilə çıxışetməyə çağırıb.Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ciildə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsielan etməsinin mühüm yenilik olduğunu vurğulayıb.

E.Behbud dövlət orqanları və digərqurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadıvə dialoqu daha da gücləndirəcəyini, QHT-lərin imkanlarını və layihələrin səmərəliliyiniartıracağını deyib. Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətingücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır. E.Behbud digərbirgə qrant müsabiqələri kimi Agentliklə olan müsabiqəyə də ixtisaslaşmış QHT-lərin layihəilə müraciət etməsinin məqsədəuyğun olduğunu qeyd edib.Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur BağırlıŞuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizəxidmətindən istifadə qaydalarına dair videoçarxı tədbir iştirakçılarına təqdim edib.Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı suallarıcavablandırılıb.