Ağdaşda taxıl biçini başa çatıb, cari ildə zəmilərdən 44 min 978,4 ton məhsul götürülüb.

Cari ilin məhsulu üçün 15 min 596 hektar sahədə taxıl yetişdirilib. Biçinə hər yerdən mütəşəkkil hazırlıqla başlanıb, bu mühüm kampaniyaya 59 kombayn cəlb olunub. Tədarük edilən məhsulun 9314,8 tonu buğda, 35 min 663,6 tonu isə arpadır.

Hər hektardan orta məhsuldarlıq 29 sentnerdir. Rayonun əksər ərazilərində, xüsusilə Abad, Pirkəkə, Ərəbocağı, Kükəl, Qolqəti və bir sıra digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.