Ağdam rayonunun yenidən qurulan Xıdırlı kəndindən görüntülər yayılıb.
İqtisadiyyat.az xəbər verir ki, kənddə 719 fərdi yaşayış evi inşa edilib.
Burada fərdi yaşayış evlərinin damında günəş panelləri quraşdırılıb. Hazırda yaşayış məntəqəsində son tamamlanma işləri aparılır.
Qeyd edək ki, Xıdırlı kəndi demək olar açılışa hazırdır. Yaxın aylarda bu kəndə də köç həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, indiyədək Ağdam rayonuna 1468 sakin (343 ailə) köç edib. Rayon üzrə köç Sarıcalı kəndinə 775 nəfər (186 ailə), Kəngərli kəndinə isə 693 nəfər (157 ailə) olmaqla baş tutub. Sarıcalı kəndinə köç cari ilin mart ayından, Kəngərli kəndi üzrə də cari ilin may ayından başlanılıb.