Mayın 27-də Böyük Qayıdış proqramı çərçivəsində doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu mərhələdə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

06:24

Bu mərhələdə daha 50 ilə köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

İqtisadiyyat xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə - 207 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülüb.