Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, cari ildə rayonda 24 min 335,9 ton müxtəlif növ tərəvəz istehsal olunub.

İstehsal olunan tərəvəzin 21 min 417,7 tonunu baş soğan təşkil edib. Bundan başqa, ağdamlı fermerlər sahələrdən 3041,6 ton kartof, 208,4 ton müxtəlif meyvə və giləmeyvə toplayıblar. Tərəvəz üzrə orta məhsuldarlıq 207,6 sentner, kartof üzrə 169,9 sentnerdir.