Ağdam Sənaye Parkında "Ağdam Süd" MMC-yə rezident statusu verilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parkda investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradacaq, 40 nəfəri işlə təmin edəcək.