Ağdam Sənaye Parkında sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir "Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verildiyini qeyd edib.

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda vurğulanıb.