Ağdam Sənaye Parkına 176 milyon manat investisiya qoyulacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu vəsait 19 rezident və altı qeyri-rezident tərəfindən ayrılacaq.

Həmçinin Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında ümumilikdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur.