8 Noyabr Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kəndində bayram konserti keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bayram şənliyində Ağalı kəndinin sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.