“Ağalı kəndində alternativ enerjidən istifadə edilir. Əlavə olaraq Həkəri çayı üzərində enerji təminatı üçün Arximed qurğusu tikilib.”

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zəngilanın Ağalı kəndində keçirilən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun 2023-ci il 10 mart tarixli iclasında bildirilib.

Qeyd edək ki, iclasda İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov da iştirak edir.