Birləşmiş Ştatlar yaxın günlərdə İsraildən humanitar yardımı artırmaq, yardım işçilərini qorumaq və Qəzza zolağının əhalisinə dəyən zərəri azaltmaq üçün konkret addımlar görəcəyini gözləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Yaxın saatlarda və günlərdə İsrail hakimiyyətinin atdığı konkret, nəzərəçarpacaq addımlara baxacağıq", - Kirbi qeyd edib.

Qeyd edək ki, aprelin 2-də müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən WCK təşkilatı əməkdaşlarının Qəzza zolağının mərkəzində Deyr əl-Bələhin cənubunda olarkən avtomobillərinin vurulması nəticəsində həlak olduqları barədə məlumat verilib. Ölən 7 nəfərdən 4-ü Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşlarıdır.