Burkina Faso hökuməti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım müqaviləsi”ni ləğv etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Afrika ölkəsinin Xarici İşlər Nazirliyi bu barədə Fransaya məktub göndərib.

Məktubda bildirilib ki, hökumət 1961-ci il aprelin 24-də Parisdə Yuxarı Volta Respublikası (indiki Burkina-Faso) ilə Fransa Respublikası arasında bağlanmış texniki hərbi yardım haqqında sazişi denonsasiya edir.

Qeyd edək ki, Burkino-Fasoda dövlət çevrilişi baş verdikdən sonra Fransa ilə münasibətlər pisləşib.