Afrika İttifaqı hərbi çevrilişdən sonra Qabonun üzvlüyünü dayandırdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Afrika İttifaqının (AfB) Sülh və Təhlükəsizlik Şurasından yazılı açıqlama verilib.

Qeyd edilib ki, 30 avqustda Qabonda baş verən hərbi müdaxilədən sonra ölkənin AfB-nin bütün fəaliyyətlərində iştirakı dayandırılıb.

Bəyanatda prezident Əli Bonqonun istefaya göndərilməsi şiddətlə pislənilib və konstitusiya quruluşuna qayıtmağa çağırış edilib.

AfB-nin bu bəyanatı Qabondakı çevrilişdən bir gün sonra qəbul edilib.