Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

27.01.2024-cü il tarixində Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah” klubu 500 manat cərimə edilir (maddə 36.5);

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

28.01.2024-cü il tarixində Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);

28.01.2024-cü il tarixində Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qəbələ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);

30.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qəbələ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);

31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);