Martın 7-də, “Fairmont” hoteldə AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

Prezident tərəfindən iclasın açıq elan edilməsi;

Konfransın tərkibinin yoxlanılması;

İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

Maliyyə hesabatlarının təsdiq olunması;

Müstəqil auditorun hesabatını nəzərə almaq;

Hər hansı vakant vəzifəyə seçkilər;

AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

Digər məsələlər.

Konfransa giriş dəvətnamə ilə olacaq