AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

İqtisadiyyat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında təşkil ediləcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;

7. Digər məsələlər.