Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial iş” ixtisasının ilk məzunları ilə Akademiyanın professor-müəllim heyətinin görüşü keçirilib. 

İqtisadiyyat.az-ın xəbərinə görə, tədbirdə məzunları salamlayan rektor, professor Hüseyn Qaraşov məzunlarla qurur duyduğunu qeyd edərək, onlara gələcək karyeralarında uğurlar dilədi. Tədbirə qatılan məzunlar Akademiyada aldıqları təhsilin iş dünyasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq müəllimlərə öz minnətdarlıqlarını bildirdilər.

Çay süfrəsi arxasında söhbət edən məzunlar ilk dəfə dərs keçdikləri auditoriyaya daxil olmuş, öz xatirələrini bölüşmüşlər.