ChinaSat-18 peykinin radardan itməsi qlobal aerokosmik sənayedə ikinci ən böyük sığorta itkisi olub.

Fins.az xəbər verir ki, “People’s Insurance Company of China” sığorta şirkəti Çinin aerokosmik şirkəti “China Satcom”a sığorta itkisini ödəyəcək. Sığorta məblği 250 milyon dollar təşkil edib.

Bu hadisə, Vega raketinin uğursuz buraxılması və BƏƏ-də Falcon Eye-1 distansion peykinin məhv edilməsindən sonra qlobal kosmik sənayedəki ikinci böyük hadisədir. Bu hadisəni sığorta məbləği 415 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, ChinaSat-18 peyki 2019-cu ilin avqust ayının 19-da Long March raketinin köməkliyi ilə buraxılmışdı.