Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ermənistanda işgüzar səfərdədir.

İqtisadiyyat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə İrəvana gəlib.

AEBA-nın baş direktoru səfər çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçatryan, baş nazir Nikol Paşinyan, XİN başçısı A.Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və səhiyyə naziri Anahit Avanesyan ilə görüşlər keçirəcək.

O həmçinin Ermənistan Atom Elektrik Stansiyasına (Metsamor) baş çəkəcək.