ADY: Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib - MÜSAHİBƏ

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişindaşıma sahəsində bir sıra yeniliklər həyata keçirilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər uzadılması, həmin il Azərbaycan dəmir yolları tarixində ilk dəfə Bakı-Qəbələ-Bakı reysinin açılması, 2024-cü ildə isə yeni qatarların istifadəyə verilməsi və Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi bu yeniliklər sırasındadır. Bu ilin əvvəlindən isə Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımaya start verildi. Bu reysin açılması cəmiyyətdə müsbət qarşılandı, eyni zamanda, bəzi məsələlər, o cümlədən gediş haqqı kimi mövzular aktuallaşdı.
Xəbərlər yüklənir...









