“Hazırda içməli su və suvarma suyu sahəsində müəyyən problemlər var”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, su təchizatı və kanalizasiya sisteminin əksriyyəti sovet dönəmində qurulduğu üçün problemlər var, istismar müddətini başa vurub. Bunu hazırki iqtisadiyyata uyğunlaşdırmaq üçün sadəcə maliyyə vəsaiti kifayət etmir:

“Qeyd olunan rəqəmlər ona dəlalət etmir ki, su təsərrüfatı sahəsində doğrudan da hər şey yüksək səviyyədədir və obyektlər tam istismara faydalıdır. Bu obyektlərin əksəriyyəti sovet dönəmində, 1970-80-ci illərdə tikilib. O dövrdən sonra bu sahədə 2010-cu ilə qədər yenilik olmayıb. 2010-cu ildən sonra bir sıra obyektlər yenidən qurulub. Qlobal iqlim dəyişikliyi ən çox su sahədə özünü göstərir, amma bizim ölkə bunu o dərəcədə də hiss etməyib”.

Xatırladaq ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində 2005-2011-ci illərdə Nizaməddin Rzayev, 2011–2021-ci illərdə isə Qorxmaz Hüseynov çalışıb.

Elçin Mehdiyev