Bu barədə İqtisadiyyat.az Agentlikdən məlumat əldə edib.

Belə ki, ADSEA-nın tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə başlayır.

Qurum sözügedən işlərin icrasını “EL EPCM” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən,  “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri 41 505 291,51 manata başa gələcək.