Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Kəmalə Məmmədova vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, K.Məmmədova 1959-cu ildə anadan olub. O, M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsində təhsil alıb.

1981-ci ildə Azərbaycan EA-nın Dendrologiya İnstitutunda baş laborant,

1984-cü ildən Dendrologiya İnstitutunda kiçik elmi işçi, 2000-ci ildən ADPU-nun Botanika kafedrasında assistent, 2008-ci ildən ADPU-nun Botanika kafedrasında baş müəllim işləyib.

2015-ci ildən vəfat edənədək Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti olub.

Azərbaycanın flora və faunası fənnini tədris edib.