Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a universitetdən məlumat verilib.

Qeyd olunub ki, mərhumla vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.