Mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

Mədəniyyət Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, əvvəlcə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb.

2023-cü ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.

Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar ADMİU Sabah kursları II tədris ili tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin "Teresa Karranın tüfəngləri" tamaşasını izləyiblər.