Bakıda keçirilən “ADEX” sərgisində Azərbaycanda hazırlanmış mina aşkarlayan robot nümayiş olunur.

Robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa yaralıların təxliyəsi və 500 kq-ya yaxın yükün daşınması üçün də istifadə oluna bilər.

Robot Cəbrayıl və Füzuli ərazisində sınaqdan keçirilib.